Sehiyye.net Səhiyyə.net
Sehiyye.net

Online Səhiyyə Platformanız

Sehiyye.net — xarici mütəxəssislərlə video görüş keçirə biləcəyiniz etibarlı onlayn tibb platformasıdır. Randevu alın, sağlamlığınızı evdən idarə edin.

Niyə Sehiyye.net?

İxtisas
Aktiv Həkim
Tamamlanmış Görüş

Həkimlər

Şöbələr

Kömək & Məlumat

  • Özünüzə hesab yaradın
  • Həkiminizi seçin
  • Görüş vaxtı təyin edin
  • Ödəniş edin
  • Təyin edilən vaxtda video konsultasiyaya qoşulun
Özünüzə hesab yaradın
  • İstifadə etmək üçün ilk addım kimi platformada şəxsi hesabınızı yaradın.
  • Adınızı, email ünvanınızı və ya telefon nömrənizi daxil edin.
  • Bu şəxsi profilinizdə daha sonra tibbi məlumatlarınız və konsultasiya keçmişiniz olacaqdır. İstədiyiniz təqdirdə bu məlumatları daha sonra silə vəya dəyişdirə bilərsiniz
  • Görüş bildirimlərinizi daha interaktiv almaq üçün ‘WhatApp ilə bildiriş al’ butonunu aktiv edə bilərsiniz
Həkiminizi seçin
  • Həkimlərin siyahısından axtarış edərək istəyinizə uyğun həkimi seçin.
  • Hər bir həkimin profilinə daxil olaraq haqqında olan bütün məlumatlarla tanış ola bilərsiniz
  • Həkim seçimi kriteriyalarını ixtisas, ölkə və ya həkimin ixtisas dərəcəsinə görə də müəyyənləşdirə bilərsiniz
Görüş vaxtı təyin edin
  • Seçdiyiniz həkimin profilində ‘Həkimdən Görüş Al’ bölməsinə keçid edərək həkimin uyğun vaxtları arasından özünüzə uyğun olanı təyin edin.
Ödəniş edin
  • Xidmət haqqını görüşdən əvvəl online olaraq istənilən bank kartı vasitəsiylə ödəyə bilərsiniz.
  • Ödəniş etdikdən sonra görüşünüz aktiv edilmiş hesab olunur və həkimin təsdiqini gözləyir.
Təyin edilən vaxtda video konsultasiyaya qoşulun
  • Təyin edilən vaxtda platformada ‘Görüşlər’ bölməsi altında ‘Planlanan Görüşlər’ alt bölməsinə daxil olub, həkiminizlə video konsultasiya keçirin.
  • Əgər həkiminiz sizdən bəzi analizlər tələb edərsə bunları olduğunuz şəhərin klinika vəya laboratoriyalarında verərək həkiminizə yollaya bilərsiniz.
Resept və Analizlər
  • Həkiminizin tələb etdiyi analiz nəticələrini profilinizə daxil olaraq həkiminizə mesaj olaraq göndərə bilərsiniz.
  • Eyni zamanda həkiminizin yazacağı reseptləri və analizlərinizin nəticələrini profilinizdə olan ‘Analizlərim və Reseptlərim’ bölümündə görə bilərsiniz.
Təkrar müraciət
  • Bir ödəniş sizə eyni həkimlə 10 gün ərzində iki görüş və 10 mesaj haqqı verir. Yenidən görüşə ehtiyac olarsa ödəniş etmədən yuxarıdaki proseduraları təkrarlayaraq ikinci haqqınızdan istifadə edə bilərsiniz.
Məlumatlara Baxış
  • Hər bir randevudan sonra öz profilinizdə həkimlə yazışmalarınız, konsultasiya keçmişiniz və bütün digər məlumatlarınızı görə bilərsiniz.

Sehiyye.net platformasından istifadə etməyin üstünlükləri nələrdir?
Sehiyye.net platformasından istifadə edərək siz xarici həkimlərlə evinizdən sürətli və operativ konsultasiya alarkən, eyni zamanda, yol, otel, və digər bütün məsrəflərinizdən qurtulmuş olacaqsınız. Bir sözlə evinizin rahatlığında xarici həkimlərlə görüş əldə etmiş olacaqsınız.

Randevu almaq istəyirəm. Nə etməliyəm?
Randevu almaq üçün platformamızda özünüzə yeni bir hesab açın. Daha sonra hesabınıza daxil olun və 'Randevu Al' bölməsinə keçin. Həkiminizi seçib uyğun tarix və saatı təyin edə bilərsiniz.

Hansı həkimlər mövcuddur
Platformamızda müxtəlif ixtisas sahələrində həkimlər fəaliyyət göstərir. Əsas səhifədən ixtisaslara görə seçim edə və ya Axtarışa daxil olaraq “Həkimlər” bölməsindən istədiyiniz ixtisasa uyğun həkimi seçə bilərsiniz.

Həkimlə necə əlaqə qura bilərəm?
Həkimlə əlaqə qurmaq üçün əvvəlcə özünüzə profil açdıqdan sonar randevu almalısınız. Randevu aldıqdan sonra, təyin olunan vaxtda video zəng vasitəsilə həkimlə danışa bilərsiniz.

Həkimlə video zəng zamanı hansı sənədləri hazırlamalıyam?
Həkimlə video zəng zamanı əgər mövcud xəstəliyinizlə bağlı tibbi tarixçəniz və analiz nəticələriniz varsa onları hazır saxlamağınız məsləhətdir.

Bir həkimdən ikinci fikir ala bilərəmmi?
Bəli, həkiminizdən almış olduğunuz randevu sizə 2 dəfə görüş haqqı tanıyır. Beləcə siz lazım olduğu təqdirdə əlavə ödəniş etmədən ikinci dəfə də həkiminizlə vaxt təyin edərək görüşmə imkanına sahib olacaqsınız.

Təcili tibbi yardım lazımdırsa nə etməliyəm?
Platformamız təcili tibbi yardım göstərmir. Təcili tibbi yardıma ehtiyacınız varsa, dərhal ən yaxın xəstəxanaya müraciət edin və ya təcili yardım nömrəsinə zəng edin.

Həkimlər hansı dillərdə danışır?
Platformamızda xidmət göstərən həkimlərin danışdığı dilləri və haqlarında bütün digər məlumatları profillərinə baxaraq öyrənə bilərsiniz.

Tibbi suallarımı necə təqdim edə bilərəm?
Tibbi suallarınızı randevu zamanı həkimə təqdim edə vəya yazılı mesaj olaraq bildirə bilərsiniz.

Platformanızda hansı ixtisaslar üzrə həkimlər mövcuddur?
Platformamızda dermatologiya, kardiologiya, endokrinologiya, nevrologiya və digər ixtisaslar üzrə həkimlər fəaliyyət göstərir. Xidmət göstərən həkimləri ana səhifədən və ya axtarış hissəsindəki həkimlər bölməsindən baxa bilərsiniz.

Tibb məsləhətləri üçün necə müraciət edə bilərəm?
Tibb məsləhətləri üçün əvvəlcə randevu almalı və həkimlə danışaraq suallarınızı verə bilərsiniz.
Sehiyye logo
Bu chat suni intellektdən istifadə edir. Sizə daha yaxşı xidmət göstərə bilmək üçün mesajlarınız qeydə alınır.