İstifadə Şərtləri

1. Ümumi Şərtlər
səhiyyə.net, istifadəçilərə onlayn tibbi məsləhətlər təqdim etmək məqsədilə fəaliyyət göstərir. Platforma tibbi məsləhət xidməti təklif etsə də, pasientlər tam müalicə və ya diaqnoz üçün sağlamlıq problemləri ilə bağlı qərarlar verməzdən əvvəl yerli səhiyyə orqanları ilə də məsləhətləşməlidirlər.
2. Həkim Məsuliyyəti
Həkimlər təyin etdikləri müalicə və dərmanlar ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürürlər və bunlara görə pasiyent tərəfindən sehiyye.net platformasına qarşı heç bir iddia qaldırıla bilməz. Platformada fəaliyyət göstərən həkimlərin özləri məsləhət xidmətlərinin düzgünlüyü və etibarlılığına görə məsuliyyət daşıyırlar. səhiyyə.net, həkimlərin verdiyi məsləhətlər, müalicə metodları, yazdığı dərmanlar və digər tövsiyələrə görə hər hansı bir məsuliyyətə cəlb oluna bilməz.
3. Xidmətin Məhdudlaşdırılması
səhiyyə.net vasitəsilə təqdim olunan xidmətlər yalnız məsləhət məqsədli olub, tam müalicə və ya təcili tibbi yardım məqsədilə istifadə edilə bilməz. Həkimlər tərəfindən yazılan tövsiyələr istifadəçilərin yaşadığı ölkədə mövcud olan səhiyyə qaydalarına uyğun olmadıqda, vəya dərman vasitələri tapılmadıqda bundan yaranacaq problemlərin həlli istifadəçilərin öz öhdəliyindədir. İstifadəçilər platformamız vasitəsilə verilən tibbi məsləhətlər əsasında hərəkət etmədən əvvəl bütün lazımi məlumatları diqqətlə nəzərdən keçirməlidirlər.
4. İstifadəçi Məsuliyyəti
İstifadəçilər platforma vasitəsilə təqdim edilən xidmətlərdən şəxsi istifadələri üçün faydalana bilərlər. Başqalarının məlumatlarına müdaxilə etmək, həkimlərin tövsiyələrini təhrif etmək və ya qeyri-qanuni məqsədlərlə istifadə etmək qadağandır. Hər bir istifadəçi öz hesab məlumatlarının məxfiliyinə və istifadəsinə görə məsuliyyət daşıyır. İstifadəçi tərəfindən yanlış məlumat verilməsi və ya yanlış istifadəyə görə yaranan hər hansı zərərlərə görə səhiyyə.net məsuliyyət daşımır.
5. Məxfilik Siyasəti
Ətraflı
səhiyyə.net, istifadəçilərin şəxsi məlumatlarının qorunmasına böyük önəm verir. Platformamızda qeydiyyatdan keçərkən və ya xidmətlərdən istifadə edərkən təqdim etdiyiniz şəxsi məlumatlar bizim məxfilik siyasətimizə uyğun olaraq işlənir və üçüncü tərəflərə ötürülmür. Məlumatların təhlükəsizliyi təmin edilsə də, onlayn platformalarda tam təhlükəsizlik təmin edilə bilməyəcəyindən istifadəçilər bu riskləri qəbul edir.
6. Ödənişlər və İadə Şərtləri
Ətraflı
Platformada göstərilən xidmətlərə görə ödənişlər qəbul edildikdən sonra geri qaytarılmır. Mübahisəli hallar olduqda, istifadəçilər müvafiq dəstək kanalları vasitəsilə əlaqə saxlaya bilərlər.
7. Platformanın Fəaliyyəti və Məsuliyyəti
səhiyyə.net platformasının fasiləsiz və problemsiz işləməsi üçün bütün lazımi tədbirlər görülmüşdür. Lakin texniki nasazlıqlar, sistem problemləri və ya üçüncü tərəflərin fəaliyyəti nəticəsində yaranan fasilələrdən dolayı səhiyyə.net məsuliyyət daşımır. Platformanın işləməsinə dair hər hansı problemlər və ya suallar yaranarsa, istifadəçilər müvafiq texniki dəstək almalıdırlar.
8. İstifadə Şərtlərinin Dəyişdirilməsi
səhiyyə.net bu şərtləri istənilən zaman dəyişdirmək hüququna malikdir. Dəyişikliklər platformada dərc edildikdən sonra qüvvəyə minir. İstifadəçilər yeni şərtlərlə razılaşmadıqda platformadan istifadəni dayandıra bilərlər.